İrəvan-Bakı sülh sazişi bu tarixədək imzalana bilər - Beynəlxalq agentlik

09/06/2024 06:42
309

Noybradək İrəvanla Bakı arasında sülh sazişi imzalana bilər.

 

Ölkə.Az xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin proqnozunda qeyd edilib.

Agentliyinin analitikləri rəsmi bəyanatlara əsaslanaraq, 2024-cü ilin noyabrınadək, yəni Birləşmiş Millətlər Təşkilatının Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına qədər Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını mümkün hesab edirlər. 

 

Qeyd edilib ki, regionda dəyişən geosiyasi vəziyyət fonunda Azərbaycan Ermənistanla hərtərəfli sülh sazişi üzrə danışıqları davam etdirir: "Sülh müqaviləsinin imzalanmasında mübahisəli məqamlardan biri sərhədlərin demarkasiyası prosesi olaraq qalır. Ermənistan hökuməti Azərbaycanın bir neçə eksklav kəndini təhvil vermək tələbi ilə razılaşıb. Bu, Ermənistanda baş nazir Nikol Paşinyanın istefasının tələb edildiyi ictimai etirazlara səbəb olub. Buna baxmayaraq, hər iki tərəf Avropanın və MDB-nin bir sıra paytaxtlarında keçirilən ikitərəfli danışıqları sürətləndirib. Rəsmi açıqlamalar göstərir ki, sazişin 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransına qədər imzalanması mümkün olaraq qalır".

 

Mürtəza

Ölkə.Az

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
24/08/2024 23:09
306

Füzulidə sursat partlayıb, yaralanan var

21/08/2024 12:18
726

Müdafiə Nazirliyi məlumat YAYDI – Şəxsiyyət vəsiqəsi, hərbi biletin surəti…

21/08/2024 00:11
36

Kreml qərarını verib - İrəvanı ciddi təhlükə gözləyir

14/08/2024 20:33
383

Varlı oğlanlar üçün yeni fürsət - Pul verib əsgər getməyəcəklər - Gürcüstanda...

12/08/2024 20:32
151

DİN Xankəndi ilə bağlı məlumat yaydı: Son bir həftə ərzində...

05/08/2024 17:15
321

Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb