5 manat ödənişlə hesablayib yazaram
Bizimlider.Az xəbər verir ki, lent.az "Bioqrafiya" rubrikasında əkiz olduqları üçün hər zaman qarışdırılan müğənnilər Sevil - Sevinc bacıları haqqında məlumat verir.
- Sevil - Sevinc bacıları nə zaman və harada anadan olublar?
Sevil - Sevinc bacıları 1990 cı il noyabrın 11-də Bakıda anadan olublar.
- Sevil - Sevinc bacıları necə tanınıblar?
"Yeni Ulduz" yarışmasının yetirmələrindəndirlər. Daha sonra isə Roza Zərgərlinin rəhbərliyi altında "S-Twins" adlı qrup kimi fəaliyyətlərini davam etdirdilər. Amma çox keçməmiş əkizlər R.Zərgərlidən ayrılıb, Sevinc və Sevil bacıları kimi restoranlardakı şou-proqramlarda çıxış etməyə başlayıblar.
- Sevil - Sevinc bacılarını səhnədə fərqləndirən nə oldu?
Bacı olsalarda onları səhnədə əsas fərqli qılan hal əkiz olmaları idi. Eyni görünüş, eyni səs insanlarda çaşqınlıq yaratmaqla bərabər sevdirdidə.
- Sevil - Sevinc bacılarının ilk böyük layihəsi nə olub?
Türkiyənin "Star" telekanalında yayımlanan möhtəşəm "O ses Türkiye" verilişinə qatılmaları, bacıların ən böyük və ilk layihələri olub.
- Sevil - Sevinc bacılarına kimlər elçi düşüb?
Sevil: Bir dəfə işdən çıxıb evə gedirdim. Gördüm ki, bir şirin xala mənə yaxınlaşır. Düşündüm yəqin köməklə bağlı nəsə deyəcək. Yaxınlaşıb mənə dedi ki, mənim oğlumla bacımın oğlu sizə vurulublar. Biz sizə elçi düşmək istəyirik. Məni sevincdən ağlamaq tutdu.
Sevinc: Mən belə şeylərə ciddi baxmıram. Əvvəllər bir-birini görmədən evlənmək var idi, amma indi olmur axı. Bilmədən, görmədən ailə qurmaq olmur. İndi kişilər də etibarsızdır. Mənim bir rəfiqəm var idi, bir oğlanla 4-5 il sevgili oldular. Sevgililik müddətində oğlan başına pərvanə idi. Evləndikdən 5-10 gün sonra qıza deyib ki, bağışla, mən səni sevə bilmirəm. Ona görə də siz kişilərə də etibar yoxdur.
- Sevil - Sevinc bacıları hansı plastik əməliyyatlar elətdirib?
Bacılar ilk olaraq "İstanbul FBM" klinikasında plastik burun əməliyyatı keçirib. Bundan sonra isə onlar üzlərinə plastik əməliyyat elətdirib.
- Sevil - Sevinc bacıları hansı məşhurlarla qalmaqal yaşayıb?
Sevil - Sevinc bacıları Natavan Həbibi və Damla arasında bəzi ifadələrə görə münaqişələr yaşanmışdır. Bacıların bu sərt sözləri qalmaqala səbəb olmuşdu.
Natavan Həbibi özündən razıdır və səmimi deyil: "Bir müddət ailə problemləri ilə bağlı efirə çıxmırdı. Özündən razıdır, səmimi deyil. Bəlkə də, bizimlə münasibəti yoxdur, buna görədir".
Əkizlər daha sonra Damlanın paxıl bir müğənni olduğunu deyiblər: "İnsanın xeyir və şərinə gələn biri deyil. Bunların ikisinə də getməlisən. Damlanın insan olaraq ən pis cəhəti budur. Xoş günüm olursa, gəlmirsə, deməli, şad günümü görmək istəmir. Damlada qısqanclıq və paxıllıq var. Əslində bu, yaxşı bir şeydir. O hisslər bizdə də var. Belə olmasa məqsəd qoyub qabağa gedə bilmərik".
- Sevil - Sevinc bacıları niyə özlərini öldürmək istəyib?
İzləyicilərdən biri Sevil- Sevinc bacılarına sosial şəbəkədə "heç özünüzü öldürməyi düşünmüsünüz?" sualını verib. Sevil və Sevinc isə bu sual qarşısında ataları ilə birgə fotosunu yayımlayaraq:
"Bəli, özümüzü öldürməyi düşünmüşük. Təəssüf ki, biz çox sınağa çəkilirik. Bəzən isə düşünürəm ki, artıq dözə bilməyəcəyəm. Amma Allah hər kəsə çəkə biləcəyi dərdi verir, səbir",
- Sevil - Sevinc bacıları toylara neçəyə gedirlər?
Bu gün Azərbaycan toylarına ən çox dəvət alan müğənnilərdən olan Sevil- Sevinc bacılarının qonorarı 4000 min manatdır. Əkizlər Rusya toylarında aldıqları qonorarıda açıqlayıblar:
"Rusiyada toya 6 min dollara (10200 manat) gedirik. Qalmaq və bilet pulunu da qarşı tərəf ödəyir. Ən ucuz toya gedən bizik. Digər müğənnilər 10 min dollara (17000 manat) gedirlər".
- Sevil - Sevinc bacıları hansı məşhurlarla duet ediblər?
Sevil - Sevinc bacıları Nurlan Təhməzli, Ülvi, Fərda Amin, Namiq Qaraçuxurlu və Dj Roshkayla birlikdə duet oxuyublar.
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç