Çılpaq fotosessiyalara çəkilən Səmra: Yorulmuşam, ər çörəyi istəyirəm

08/02/2024 18:48
346
“Miss Azerbaijan-2019” model yarışmasının qalibi Səmra Hüseynova Bizim.Media-nın suallarını cavablandırıb. Müsahibənin bir hissəsini təqdim edirik.
Qalmaqallı model müsahibəsində səmimi açıqlamaları və etirafları ilə diqqət çəkib:

"Həyatımda çox kişi olmayıb. İndiyədək 1-2 insanla ciddi münasibətdə olmuşam. Onda da sevgim “daşdan-daşa” dəyib. Xəyanətə uğramışam. Xəyanət gördüyüm üçün də mən qorxuya düşmüşəm ki, yenə sevərəm və yenə xəyanətlə üzləşərəm. İndi az yaşım yoxdur. Artıq 30 yaxınlaşıram. Xəyanət etməyən kişi yoxdur. Öz ürəyimi bilirəm deyə, münasibətə üstülük vermirəm. İndi heç kimlə münasibətdə deyiləm. Buna zamanım yoxdur və bu haqda da düşünmürəm. Çox incimişəm. Birinə “həyatım” deyirsən və o sənə həyatın elə dərsini verir ki, anlayırsan ki bu həyat yalnız Allaha məxsusdur. Düşünürəm ki, biz yalnız Allahı sevsək kifayətdir. Bəndələri də Allah rizası üçün. Artıq sevgi yoxdur.
Eşq, sevgi təkliflərinə necə reaksiya verirsən?
Bu yaxınlarda bir dostum yazib, deyir ki, sənin dərdindən bir insan ölür. Sənə dəlicəsinə aşiqdir və hər gün səni düşünür. Həmin şəxs bütün günü mənə çiçək və gül dəstələri yollayırdı. Onun bir sözü məni çox məyus etdi. Kişilər haqda düşünmürəm, qoy onlar mənim haqda düşünsünlər. Artıq işimi düşünürəm, qismət.


Ailəni karyerana qurban verərsən?
Edərəm! Yorulmuşam işləməkdən. Bir az da oturub ər çörəyi yemək istəyirəm. Ailə qurmaq istəyən insan iş arxasınca qaçmır. Tanışlıq saytlarında oturub, özünə ər axtarır. Mənim kimi fotosessiyalara, çəkilişlərə qaçmır. Mən elə bir sənət seçmişəm ki, bu sənəti qəbul etmək çox çətindir. Azərbaycan kişinin mənim sənətimi qəbul etməsi çox qəliz məsələdir. Söhbət mənim qadınıma hansısa başqa bir kişi baxıb, tamah salacaq. Bunu hər kişi həzm edə bilməz. Bu sənəti seçəndə ailə quracağam deyə bir məsələ haqda düşünməmişəm. Amma ola bilər, qismət.
“Kişilərə olar, qadınlara yox” deyiminə münasibətin necədir?
Elə bir şey yoxdur. Qadın da zina edəndə cəza alır, kişi də. Ona görə qadın da, kişi də bərabərdir. Qadına bu olmaz deyə-deyə də bu mentalitet onları çürütdü. Bu səbəbdən cəmiyyətdə qadınları zorlama, tərk edilmə və boşanma kimi hallar çoxalıb.
Səmra nəyin peşmançılığını çəkib, hələdə yadına düşəndə “barmağını dişləyir”?
Həyatımda elə bir an və ya hadisə yoxdur ki peşmançılıq çəkim. Çünki bəziləri kimi, haqsız yerə heç kimin günahına girmirəm, qəlbinə toxunmuram. Mən bir insana çox dözürəm. Bu “dözərəm”lər çox olur. Telefonun enerjisi 100%-dan 0% kimi dözürəm. Amma 0%-də əgər zərbə alsam o zaman həmin şəxsi məhv edərəm, etmişəm də. Amma o insanlar yenədə ətrafımdadır. Kişi də, qadın da olub. Hətta bir insanı Azərbaycandan deportasiya etmişəm. O şəxs günü bu gün də məni axtarır. Mən unudulmayan bir xanımam. Mən sevəndə elə sevirəm ki, qarşı tərəf mənim Allahım olur.

Kişilər qadınlardan nə istəyir?
Kişilər ovçudur. Bütün kişilər qadınlardan ilk növbədə onları əldə etmək istəyir. Əgər qadın tülkü kimi zehni itidirsə, təslim olmur. O əldə edənə qədər qadın kişini tələyə salırsa, qadın kişini əldə edir. Əgər tərsinə baş verirsə, o zaman kişi qadını əldə edir.
Xəbər gəzirdi ki, Səmra özünə varlı kişi axtarır. Səmra istəyinə nail oldu?

Bir ara hətta bununla bağlı sosial şəbəkə hesabımda kastinq də təşkil etmişdim. Mən üzdə olan məşhur xanımam. Təbii ki, mən özümə layiq bir kişi seçməliyəm. Bu normaldır. Amma bu məsələ evdə saxladığım pişiyimin doğuşuna təsadüf etdiyindən, hər şeyi unutdum. Mənə o qədər yazırlar, təkliflər edirlər ki… O qədər hədiyyələr alıram ki, sayı-hesabı yoxdur. Gül-çiçəkdən tutmuş bahalı zinət əşyalarına kimi. Amma xəbərləri yoxdur ki, o zinət əşyalarını satıram (gülür).

Bir çox xanım məşhurlara vəzifəli şəxslərdən eşq təklifləri gəlir. Sənə belə təkliflər gəlir?
Mənə yalnız elə vəzifəli şəxslərdən sevgi təklifləri gəlir. Mənə elə vəzifəli şəxslərdən eşq təklifləri gəlməlidir də, çünki özümdə vəzifəliyəm (gülür). Kişinin “centilmen” olması daha önəmlidir, nəinki onun vəzifəsi.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
10/08/2024 00:24
291

Belə etsəniz qəpiksiz və daim borc içində qalacaqsınız

26/07/2024 05:33
153

Zaurla Xoşqədəmin pul davası - Ayda 30 min…

17/04/2024 19:36
68

Bizim Şou Dünyamıza Qoşulun

18/02/2024 03:52
722

Azərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - Əmisi gəlinini...

13/02/2024 07:44
349

Adnan Oktarın yeni görüntüləri paylaşılıb-FOTO

12/02/2024 23:28
288

Tanınmış stilistə televiziya kanalında vəzifə verildi